
Azərbaycan Respublikasının Müdafiə Naziri, cənab general-polkovnik Zakir Həsənova
Cənab Müdafiə Naziri!
Mən ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlu 08.11.2000 – ci ildən 01.11.2022 – ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 22 (iyirmi iki) il zabit kimi xidmətdə olmuşam. 27 sentyabr 2020 ci ildən 08 noyabr 2020 ci ilədək döyüş əməliyyatları zamanı “Ağdam” hərbi hopitalında cərrahiyyə bölməsinin rəisi vəzifəsində xidmət etmişəm. Cərrahiyyə bölməsinin rəisi olaraq həmin vaxtlar hospitala daxil olan ağır xəstə və yaralı hərbi qulluqçuların cərrahi əməliyyatlarının aparılmasında, onların qısa müddətdə müvafiq hospitallara təxliyyəsində yaxından iştirak etmişəm. Biz tibb işçilərinin döyüş tapşırığı döyüş zonasında, tibb məntəqələrində və hospitallarda ağır xəstə və yaralanan hərbi qulluqçulara döyüş əməliyyatları zamanı tibbi yardım göstərərək onların döyüş qabiliyyətini bərpa etməkdən ibarətdir. Hopitalda (N saylı hərbi hissədə) tibbi personaldan (həkimlər, feldşerlər, tibb bacıları) əlavə yerdə qalan maddi texniki təminat bölüyün hərbi qulluqçularına (sürücülərə, aşpazlara, qeyri tibbi hərbi qulluqçulara) veteranlıq verilmişdir. Artıq bir ildir ki, mən və mənim kimi tibb xidməti zabit və gizirlərinə, tibb bacılarına veteranlıq verilməyib.
Sizdən xahiş edirəm ki, bu məsələnin araşdırılması və mənə müharibə veteranı statusunun verilməsi barədə müvafiq orqanlara öz göstərişinizi verəsiniz. Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm.
Əhməd Əliyev
Ehtyatda olan tibb xidməti polkovniki-leytenantı
Mob.tel.:0513301051


