Xaricdə oxuyanların çoxu Azərbaycana qayıtmaq istəmir

Xaricdə oxuyanların çoxu Azərbaycana qayıtmaq istəmir

“Azərbaycanda İKT sahəsində kadr çatışmazlığı göz qabağındadır. Qeyd edildiyi kimi, eyni zamanda biz bu sahədə qonşu ölkələrdən geri qalırıq”.

 

Modern.az xəbər verri ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

 

“Çalışmaq lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi bu sahədə xaricdə oxumaq üçün tələbələr ayırsın, onlarla müqavilə bağlanılsın. O şərtlə ki, həmin tələbələr yenidən Azərbaycana qayıtsınlar. Xaricdə oxuyanların çoxu Azərbaycana qayıtmaq istəmir, çünki orada vəziyyət daha münbitdir, maaşlar yüksəkdir. Mütəxəssisləri bu sahəyə cəlb etmək vacibdir”,- deyə deputat bildirib.

Mənbə

Share: