
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Diyarbakır-Silvan yolunda, Köprübaşı ərazisində qeydə alınıb.
Belə ki, hərbi avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində 6 hərbçi xəsarət alıb, yolda hərəkət qismən məhdudlaşdırılıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.