Rusiya prezidenti Vladimir Putin mayın 24-25-də Moskvada Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Mayın 24-də o, İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında “Çoxqütblü dünyada Avrasiya inteqrasiyası” mövzusunda çıxış edəcək.
Mayın 25-də isə Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Rusiyanın 2023-cü ildə Avrasiya İqtisadi İttifaqına sədrliyinin prioritetlərinin həyata keçirilməsinə yenidən baxılması planlaşdırılır.
Həmçinin Rusiya prezidentinin Aİİ-yə üzv dövlətlərin və sammitə dəvət olunmuş dövlət rəhbərləri ilə bir sıra görüşləri olacaq.
Qeyd edək ki, 25 mayda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında Moskvada görüş keçirilməsi gözlənilir.