Ağdamda “Azərbaycan Prokurorluğu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib

Mayın 23-də Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Prokurorluğu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.

Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, konfransda Ağdam, Laçın, Xocalı, Xocavənd rayon prokurorları, Ağdam hərbi prokuroru ilə yanaşı, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı, YAP Ağdam Rayon Təşkilatının sədri, prokurorluq əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və digər eksponatlarla tanış olub.

Tədbir başlamazdan öncə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarıın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi yad edilib.

Tədbirdə Ağdam rayon prokuroru Vasif Süleymanov, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək Azərbaycan prokurorluğunun Ulu Öndərin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoymasından, hakimiyyətin bölünməsi prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətində təmsil olunan müasir, sivil dövlət təsisatı kimi formalaşmasından bəhs edib.

Tədbir zamanı səmərəli fikir mübadiləsi aparılıb, iştirakçılar Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Mənbə

Share: