I Divizionun çempionu “Araz-Naxçıvan”a kubok və medallar təqdim edilib

Azərbaycan I Divizionunda “Araz-Naxçıvan” Naxçıvan şəhərinin mərkəzi stadionunda “Zaqatala” komandası ilə qarşılaşıb.

Çempionatın sonuna üç tur qalmış çempionluğunu təmin edən Naxçıvan təmsilçisi “Zaqatala” ilə oyunda ilk hissəni 0:0 hesabı ilə başa vurub.

Oyunun ikinci hissəsində hücumların kəsərini artıran “qırmızı-ağlar” hesabı 2:0 öz xeyirlərinə dəyişiblər. Oyun bu hesabla yekunlaşıb. Qolların müəllifi çempionatın ən sərrast futbolçusu Orxan Əliyev olub. Bununla da “Araz-Naxçıvan” I Divizionda çempionluğunu tam rəsmiləşdirib.

Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və muxtar respublika sakinləri izləyiblər.

Sonda “Araz-Naxçıvan”a doğma meydanda kubok və medallar təqdim edilib.

Ardından stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunub.

Mənbə

Share: