ABŞ-də körpünün çökməsi nəticəsində suya düşən şəxslərin axtarışı aparılır

Avtomobildə olan ən azı yeddi nəfərin Baltimor şəhərində yük gəmisinin körpüyə çırpılması nəticəsində suya düşdüyü ehtimal edilir.

 

Bu barədə Baltimor şəhərin fövqəladə hallar xidməti idarəsi məlumat yayıb. 

 

Məlumata görə, hadisə yerinə dalğıc-xilasedicilərdən ibarət qrup gəlib və suya düşən insanları axtarır.

 

Mənbə: CBS News

 

11:58

 

ABŞ-nin Baltimor şəhərində yük gəmisi körpüyə çırpılıb.

 

Qəza nəticəsində uzunluğu üç kilometrə qədər olan körpü uçub.

 

Körpünün dayağına çırpılan yük gəmisi isə əvvəl alışıb, daha sonra isə batıb.

 

Hadisə zamanı körpüdə hərəkətdə olan bir neçə avtomobil çaya düşüb, onların sayı dəqiqləşdirilir.

 

Mənbə: Wtop News

Mənbə

Share: