“Açıq mikrofon” bu dəfə bir şəhər və üç rayonda

Növbəti həftə (21-23.11.2022 və 25.11.2022 tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Ətraflı

 

Modern.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Astara rayonunda (Mədəniyyət Evi), 2-ci günü saat 13:00-dan 14:00-dək Lənkəran şəhərində (Mədəniyyət Mərkəzi), 3-cü günü saat 11:00-dan 12:00-dək Masallı rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Biləsuvar rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Mənbə

Share: