Avropa İttifaqı Qəzzada dərhal atəşkəsə çağırış edib

 

“İşğalçı ölkə olan İsrail beynəlxalq humanitar hüquqa riayət etməlidir…”

 

“Rafahda hərbi əməliyyat aclıq təhlükəsini qaçılmaz edəcək və mülki əhali üçün fəlakətli nəticələr törədəcək…”

 

Avropa İttifaqının bütün 27 üzv ölkəsi Qəzza bölgəsində İsrailin müharibəsi ilə bağlı birgə qətnamə qəbul edib.

 

Moderator.az xəbər verir ki, qətnamə Avropa İttifaqının Brüsseldə keçirilən iclası zamanı yekdilliklə qəbul edilib. Məlumatı “euronews.com” nəşri məlumat yayıb.

 

Səkkiz bənddən ibarət olan qətnamə Qəzza bölgəsinə kifayət qədər humanitar yardımın çatdırılmaması səbəbindən qaçılmaz aclıq təhlükəsi ilə bağlı dərin narahatlıq ifadə edilib.

 

Avropa İttifaqı HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə dəhşətli terror hücumunu ən sərt ifadələrlə pisləyərək İsrailin beynəlxalq qanunlar və beynəlxalq humanitar qanuna uyğun olaraq özünümüdafiə hüququnu tanıyır.

 

Avropa İttifaqı dayanıqlı atəşkəsə aparan dərhal humanitar fasiləyə, habelə bütün girovların ilkin şərtlər olmadan azad edilməsinə və humanitar yardımın maneəsiz tədarükünə çağırış edir.

 

Qətnamədə Qəzzanın məhdudiyyətsiz yardımla təminatı və atəşkəs girovların azad edilməsilə əlaqələndirilməyib.

 

Avropa İttifaqının fikrincə, mülki əhalinin bundan sonra istənilən yerdəyişməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi və mülki şəxslərə təhlükəsiz sığınacaq verilməsini zəruridir. Bu isə yalnız döyüş əməliyyatlarının dayandırılması şərtilə mümkündür.

 

Qətnamədə işğalçı ölkə olan İsrailin beynəlxalq humanitar hüquqa riayət etməli olduğu vurğulanıb.

 

“Biz BMT-nin Fələstinlilərə yardım Agentliyinin rolunun son dərəcə vacib olduğunu qəbul edirik. Biz İsrail hökumətini Rafahda yerüstü əməliyyata başlamamağa çağırırıq.

 

Çünki belə əməliyyatın başlayacağı təqdirdə hansı nəticələrə gətirib çıxaracağını yaşxşı anlayırıq. Biz o cümlədən İsrail məskənləri ilə bağlı beynəlxalq hüquqa riayət edilməsinə çağırırıq”, – bunu Avropa İttifaqının sədri Şarl Mişel bəyan edib.

 

Ukraynanın maliyyələşdirilməsi

 

Sammitin ilk günündə Avropa liderləri Ukraynanın Rusiya təcavüzündən qorunması üzrə hərbi səylərin maliyyələşdirilməsi məsələsini də müzakirə edib.

 

Müxtəlif təkliflər, o cümlədən Avropa İnvestisiya Bankı kapitalının cəlb edilməsi və Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərindən istifadə edilməsi müzakirəyə çıxarılıb.

 

“Həqiqətən, Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirdən istifadə edilməsinə güclü dəstək var. Mən liderlərə demişəm ki, əgər biz bu təklifi tez bir zamanda qəbul etsək, o zaman artıq iyulun 1-də ilk milyard avronu ayıra biləcəyik”, – bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayyen qeyd edib.

 

Avropa İttifaqı Bosniya və Herseqovinanın üzvlüyü ilə bağlı tarixi bəyanatla çıxış etmək niyyətindədir. Bu gün isə Avropa İttifaqına idxal edilən Rusiya taxılına tariflərin tətbiqi barədə təfsilatlı diskusiya aparılacaq.

Mənbə

Share: