Rusiyada yaşayan bir qrup azərbaycanlı gənc BÜLBÜL sosial şəbəkəsini yaradıb

Rusiyada yaşayan bir qrup təşəbbüskar azərbaycanlı gənc tərəfindən BÜLBÜL sosial şəbəkəsi yaradılıb.

 

Moderator.az xəbər verir ki, “App Store”-da yaradılan BÜLBÜL (Xarıbülbüldən qısaldılmış) şəbəkəsinin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək, gələcəkdə bu istiqamətdə bir sıra planlar həyata keçirməkdir. 

 

BÜLBÜL sosial şəbəkəsində fərdi şəxs, müəssisə, təşkilat və ya birlik kimi qeydiyyatdan keçmək mümkündür. Platformanın yaradıcıları sadəcə şəbəkə üzvləri arasında ünsiyyət yaratmaqla kifayətlənməmək, eyni zamanda biznes sahiblərinə, kiçik və orta sahibkarlığa dəstək vermək niyyətində olduqlarını bildiriblər.

 

BÜLBÜL layihəsinin təşəbbüskarları bildiriblər ki, uzun müddət vətəndən uzaqda yaşamaq, Azərbaycan məhsullarının çətin tapılması və ana dilinin istifadəsinin məhdud olması onları bu şəbəkəni yaratmağa vadar edib. Beləliklə, “dostlar axtarışı” bölməsində şəhər, cins, yaş, ixtisas üzrə yeni dostlar, eyni zamanda milli mətbəxə ən yaxın mağaza və ya kafe/restoran tapmaq mümkündür.

 

Şəbəkənin yaradıcıları istifadəçilərin onların zəhmətini qiymətləndirəcəyinə və bu milli layihəyə fəal dəstək verəcəklərinə ümid edirlər.

 

Mənbə

Share: