Azərbaycan XİN-dən “Krokus siti holl”dakı terrorla bağlı daha bir AÇIQLAMA

Moskva vilayətində “Krokus siti holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur. Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.

 

Ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 70-dən çox adam ölüb.

Mənbə

Share: