Rusiya – Paraqvay oyunu təxirə salındı

Martın 25-si Moskvada keçirilməsi planlaşdırılan Rusiya – Paraqvay yoxlama oyunu təxirə salınıb.

 

Bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb. Bilirilib ki, qərar dünən “Crocus City Hall”da törədilən terror aktı səbəbindən verilib.

 

Qarşılaşma qeyri-müəyyən vaxta keçirilib. Qeyd edək ki, Rusiya millisi martın 21-də Moskvada Serbiya millisi ilə yoxlama oyunu keçirmiş və 4:0 hesabı ilə qələbə qazanmışdı.

Mənbə

Share: