Bakıda qadın liftin qapısının arasında qalaraq ölübmüş

Bakıda qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Moderator.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq aldığı xəsarətlər səbəbindən vəfat edib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə

Share: