“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb”

Xəbər verdiyimiz kimi, Ermənistan KTMT PA-nın “Crocus”dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb.

 

Bunu Ermənistanın terrorçu mahiyyətinin növbəti təzahürü hesab etmək olarmı?

 

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov erməni terrorunun bütün dünyaya bəlli olduğunu bildirib:

 

“Təbii ki, Ermənistanın KTMT PA-nın “Crocus”dakı terror aktını pisləyən bəyanatına qoşulmaması bu ölkənin anti-insani, anti-bəşəri mahiyyətindən xəbər verir.

 

Bildiyiniz kimi, mediada “Crocus”dakı terror aktında ermənilərin də iştirakı ilə bağlı bir sıra məlumatlar yer alıb. İddia olunur ki, terrorun ikinci eşalonunda ermənilər də iştirak edib. Yəqin ki, bütün bu iddialar aparılan istintaq nəticəsində tam şəkildə aydınlığa qovuşacaq. Amma bu sirr deyil ki ,”Crocus”da baş verənlərlə bağlı Ermənistanda sevinc yaşanır. Çünki bu gün Ermənistanda əksəriyyət Rusiyanı düşmən hesab edir. Buna görə də onlar “Crocus”da yaşanan faciəni belə sevinclə qarşılayırlar. Bu fakt bir daha ermənilərin insanlıqdan nə qədər uzaq olduğunu, terrordan necə böyük ilham aldığını göstərir”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: