“Müslüm Maqomayev”də törədilən TERROR

Bir neçə gündür ki, dünya Moskva yaxınlığındakı Krasnoqorsk rayonunda yerləşən “Crocus City Hall” konsert kompleksində törədilmiş terrordan danışır.

140 nəfərin ölümü, 360 nəfərin yaralanması ilə nəticələnmiş terror aktı azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall”ın adını gündəmdə saxlayır.

Modern.az-ın məlumatına görə, hadisə ilə bağlı diqqətçəkən məqamlardan biri terror aktının “Crocus City Hall”ın hansı zalında törədilməsidir. Həmin zalda Piknik” qrupu konsert verməyə hazırlaşırmış.

Qanlı hadisənin törədildiyi zal dünya şöhrətli məşhur azərbaycanlı müğənni Müslüm Mqqomayevin adını daşıyır – “Crocus City Hall” konsert kompleksinin Müslüm Maqomayev adına zalı.

Qeyd edək ki, “Crocus City Hall”ın Müslüm Maqomayev adına zalı məşhur həmyerlimizin ölüm günündə – 25 oktyabr tarixində fəaliyyətə başlayıb.

“Crocus City” biznes mərkəzinin ərazisində, Moskva Dairəvi yolunun 67-ci km-də və “Myakinino” metrostansiyasının yanında yerləşən konsert komleksini 25 oktyabr 2009-cu ildə azərbaycanlı sahibkar Araz Ağalarov açıb. Həmin gün Müslüm Mqomayevin vəfat etməsinin 1 ili tamam olmuşdu.

Yeri gəlmişkən, Müslüm Maqomayev Araz Ağalarovla ailəvi dost olub.


Elə “Crocus City Hall”da ilk konsert də Müslüm Maqomayevin xatirə gecəsi olub və orada onlarla rusiyalı estrada ulduzu iştirak edib.

Açılışından sonrakı üç il ərzində burada keçirilən 900-ə yaxın tədbirə 3 milyondan çox tamaşaçı qatılıb.

İşlədiyi müddətdə “Crocus City Hall” Rusiyadan və digər ölkələrdən 100-dən çox məşhur ifaçının konsertnə, eləcə də teatr tamaşalarına, idman tədbirlərinə ev sahibliyi edib.

2013-cü il noyabrın 5-dən noyabrın 9-dək yayımını 1 milyarddan çox televiziya tamaşaçısının izlədiyi “Miss Universe 2013” beynəlxalq gözəllik müsabiqəsi də bu konsert zalında keçirilmişdi. 80 ölkədən olan qızların iştirak etdiyi həmin müsabiqədə Venesueladan olan 25 yaşlı Qabriela İsler qalib gəlmişdi. O zaman həmin tədbirin qonaqları amerikalı milyarder, sonradan prezident olmuş Donald Tramp da iştirak etmişdi.

“Crocus City Hall”da iki ildən bir Müslüm Maqomayev adına Beynəlxalq Vokal Müsabiqəsi də keçirilir. Müsabiqənin məqsədi milli musiqi mədəniyyətinin ifaçılıq ənənələrini davam etdirmək və istedadlı vokalçıları təbliğ etməkdir.

22 mart 2024-cü il tarixində törədilmiş qanlı terror aktı zamanı terrorçular “Crocus City Hall”da yanğın da törədiblər. Nəticədə konsert kompleksinin yuxarı mərtəbəsi, o cümlədən tamaşa zalı və səhnə tamamilə yanıb, dam qismən uçub. Binanın söndürülməsi bütün gecə davam edib və səhəri gün başa çatıb.

“Crocus City Hall”ın bərpası avadanlıqlar nəzərə alınmasa, təxminən 4-7 milyard rubla başa gələcək. Bunu Rusiya Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Pavel Lyulin qeyd edib.

Onun sözlərinə görə, yanğın nəinki binanı, hətta bahalı konsert avadanlıqlarını da məhv edib.

“Ağalarovlar ailəsinin obyekti bərpa etmək qərarına əsasən deyə bilərik ki, konsert zalının özünün avadanlıq olmadan bərpası 4-7 milyard rubla başa gələ bilər”, – Lyulin deyib.

O, əlavə edib ki, hesablamalar şərtidir, çünki ekspertizanın nəticələri hələ məlum deyil.

Rusiyalı musiqi prodüseri Cozef Priqojin deyib ki, Müslüm Maqomayevin adını daşıyan bu zal sanki bir rəssamın əl işidir, buna görə də onu söküb bərpa etməmək “vandalizm” olar.

Proqojin qeyd edib ki, Rusiyada miqyasına görə ikinci belə zal yoxdur.

Qeyd edək ki, 2014-cü ilin dekabrında “Crocus City Hall”ın azərbaycanlı sahibi Araz Ağalarovun oğlu, bəstəkar-müğənni Emin Ağalarov ad gününü – 35 yaşını qeyd edərkən ona Müslüm Maqomayevdən yadigar qalmış çox qiymətli bir üzük hədiyyə olunub. Bu q    iymətli ona hədiyyəni mərhum sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya verib. Tamara xanım Müslüm Maqomayevin 30 il müddətində barmağında gəzdirdiyi dəyərli üzüyü Eminə bağışlamaqla ailəvi dostluğu bir daha nümayəş etdirib. Həmin üzüyü vaxtilə Müslüm Maqomayevə İran şahı Rza Pəhləvi hədiyyə etmişdi.

A.Qorxmaz

Mənbə

Share: