Bakının ən böyük avtomobil dayanacağında parkinq qiymətləri 170% artır

Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.

 

Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

 

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

 

0-2 saat – 1 manat;

 

2-4 saat – 2 manat;

 

4-6 saat – 3 manat;

 

6-10 saat – 4 manat;

 

10-12 saat – 5 manat;

 

12-24 saat – 8 manat.

 

Aylıq tariflər isə belə olacaq:

 

Bir günə 12 saatlıq – 80 manat (köhnə tarif 30 manat);

 

Bütün günü (24 saatlıq) – 120 manat (60 manat);

 

Qonşular tarifi – 50 manat (20 manat).

 

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

 

Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

 

Mənbə

Share: