Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

 

İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni martın 28-dən 29-na keçən gecəyə təsadüf edir.

 

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. 

 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

Mənbə

Share: