CHP də spiker postuna namizəd irəli sürdü 

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) parlamentin spikeri postuna namizəd irəli sürüb.

 

Modern.az xəbər verir ki, partiyanın parlamentin sədri postuna namizədi Ankardan deputat seçilən Tekin Bingöldür.

 

Parlamentin spikeri sabah seçiləcək. Hakim partiya Numan Kurtulmuşu namizəd kimi irəli sürüb.

 

Qeyd edək ki, parlamentin spikeri gizli səsvermə yolu ilə seçilir. Seçkinin birinci turunda namizəd 400 səs toplamalıdır. İlk turda heç bir namizəd qeyd olunan səs çoxluğunu toplaya bilməsə, növbəti turlarda ən çox səs qazanan şəxs spiker seçiləcək.

Mənbə

Share: