Şoyqu Ukraynanın əks hücumunu pozub və tərəflərin itkiləri haqqında hesabat verib…

“Düşmən öz məqsədlərinə nail olmayıb, xeyli və müqayisəedilməz itkilərə məruz qalıb…”

 

“Ukraynanın hücum etməmək variantı yoxdur, amma əkshücumun taktikasına yenidən baxılacaq…”

 

“Ağ ev USQ-nin uğur qazanması və bütün imkanlara malik olması üçün səylə çalışır…”

 

Ukrayna tərəfinin hücum cəhdləri pozulub, Ukrayna Silahlı Qüvvələri dayandırılıb, rusiyalı əsgər və zabitlər döyüşlərdə igidlik və qəhrəmanlıq göstərib.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.

 

“Düşmən öz məqsədlərinə nail olmayıb, xeyli və müqayisəedilməz itkilərə məruz qalıb”, – Rusiya MN “Telegram-kanal”ı nazirdən iqtibas gətirib.

 

Şoyqunun sözlərinə görə, son üç sutka ərzində “Ukrayna rejimi cəbhənin müxtəlif hissələrində çoxdan gözlənilən hücuma cəhd edib, bu məqsədlə çoxlu sayda texnika və canlı qüvvə cəmləşdirib”.

 

Onun sözlərinə görə, o cümlədən uyunun 4-də 5, iyunun 5-də 7 istiqamətdə hücuma keçib.

 

“Döyüş əməliyyatlarının cəmi üç günü ərzində bütün ustiqamətlərdə USQ-nin itkiləri 3 715 hərbi qulluqçu, 52 tank, 207 zirehli döyüş maşınları, 134 avtomobil, 5 təyyarə, 2 helikopter, 48 səhra artilleriyası topu və 53 pilotsuz uçuş aparatları təşkil edib”, – Şoyqu məlumat verib.

 

Hücumun dəf edilməsində Rusiya ordusunun itkilərinin 15 tank, 9 piyadaların döyüş maşını, 2 avtomobil və 9 top təşkil etdiyi iddia edilir. 71 hərbi qulluqçu həlak olub, 210 nəfər yaralanıb.

 

Qeyd edək ki, Ukrayna çoxdan gözlənilən əkshücum barədə məlumat verməyib. Ötən şənbə günü Ukrayna prezidenti Vladimir Zelenski “The Wall Street Journal” nəşrinə müsahibəsində bəyan edib ki, USQ hücum əməliyyatına hazırdır. Bu zaman o, ukraynalı hərbçilərin əlavə resurslara ehtiyacı olduğundan gileylənib.

 

Bu gün Ukrayna prezidenti Öfisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Kaxovka SES məhv edildikdən və Xerson vilayətinin böyük hissəsini su basmasından sonra Ukrayna əkshücumun taktikasına yenidən baxacaq.

 

“Korrektivlər istənilən halda ediləcək, lakin onlar həmişə böyük, miqyaslı əməliyyatlar zamanı edilir. İstənilən halda korrektivlər cəbhə xətti üzrə və ya işğal edimiş ərazilərdə vəziyyətin dəyişməsindən asılı olaraq edilir”, – o, deyib.

 

Bu zaman Podolyak qeyd edib ki, “strateji cəhətdən bu, heç nəyi dəyişmir”, çünki Ukraynanın “hücum etməmək variantı” yoxdur. 

 

Onun sözlərinə görə, Ukrayna vətəndaşları “müharibənin ədalətli bitməsini” tələb edir, buna isə işğal edilmiş ərazilərin azad edilməsilə nail olmaq mümkündür, Kaxovka SES-in partladılması isə bu işi sürətləndirməyə sövq edir .

 

Müşavirin sözlərinə görə, Kaxovka SES Rusiya SQ 205-ci motoatıcı hissəsi tərəfindən partladıla bilərdi, məqsəd isə:

 

– Ukraynanın Qərb tərəfdaşlarını qorxutmaq;

 

– USQ-nin hücumuna təsir etmək;

 

– Rusiya cəmiyyətinə müharibədə “uğurları” göstərməkdir.

 

Ukrayna prezidenti Zelenski bəyan edib ki, bu gün Ukrayna Milli Təhlükəsizlik Şurasının iclasında Rusiyanın terror aktına görə sərt məsuliyyətə cəlb edilməsi üçün kompleks beynəlxalq təhlükəsizlik tədbirləri razılaşdırılıb.

 

Bundan başqa, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır. Kiyev həmçinin Beynəlxalq Məhkəməyə rusiyalı qəsbkarların hərəkətləri səbəbindən fəlakətlə bağlı müraciət etmək niyyətindədir.

 

Bu gün həmçinin Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar koordinatoru Con Kirbi məlumat verib ki, Ağ ev USQ-nin, “əkshücumun indi və ya tezliklə başlayacağından” asılı olmayaraq, “uğur qazanması məqsədilə bütün lazımi avadanlığa, təlimə və imkanlara malik olması üçün səylə çalışır”.

 

Son iki bəyanatdan bu nəticəyə gəlmək olar ki, Ukraynanın əkshücumu hələ başlamayıb, cəbhənin ayrı-ayrı sahələrində lokal əməliyyatlar isə düşmənin müdafiəsini yoxlamaq üçündür.

 

Bundan başqa, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır. Kiyev həmçinin Beynəlxalq Məhkəməyə rusiyalı qəsbkarların hərəkətləri səbəbindən fəlakətlə bağlı müraciət etmək niyyətindədir.

Mənbə

Share: