Çin İranın strateji tərəfdaşı qismində çıxış edir və İslam Respublikasının qanuni maraqlarını müdafiə etməyə hazırdır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Van İ bildirib.
Van İ qeyd edib: “Çin və İran hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır. Çin həmçinin İran tərəfi ilə dialoq və əməkdaşlığı gücləndirməyə, eləcə də İranın qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə etməyə hazırdır”.
Qeyd edək ki, o, çərşənbə günü Pekində iranlı həmkarı Abbas Araqçi ilə görüşüb.


