Yaponiya tərəfinin Rusiya Prezidenti Vladimir Putinin cənubi Kuril adalarına səfəri ilə bağlı nümayiş etdirdiyi isterik reaksiya və Ukraynaya hərbi yardımın artırılması münasibətlərin normallaşması perspektivlərinə mane olur.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bu açıqlama Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Yaponiyanın Moskvadakı səfiri Akira Muto arasında keçirilən görüşdən sonra verilib.
Nazirliyin bəyanatında qeyd olunub: “Rusiya tərəfi vurğulayıb ki, rəsmi Tokionun Rusiyaya qarşı siyasətini davam etdirməsi – o cümlədən Yaponiyanın Rusiya Prezidenti Vladimir Putinin cənubi Kuril adalarına səfərinə son vaxtlar verdiyi isterik reaksiya və Kiyev rejiminə hərbi yardımın genişləndirilməsi – Yaponiya tərəfinin açıq şəkildə maraq göstərdiyi dialoqun normallaşması perspektivini daha da sarsıdır”.


