Danışıqlar uğursuz olarsa, Tramp İrana….

Danışıqlar uğursuz olarsa, Tramp İrana….

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında razılaşmanın “məqsədinə görə” uğursuz olacağı təqdirdə İrana komando basqını nəzərdən keçirməyə hazırdır.

Millətin Səsi.az xəbər verir ku, bu sözləri o, “The Financial Times”-a bildirib.

“Ola bilsin ki, içəri girib hərbi cəhətdən baxmadığımız qalan yerlərə baxacağıq. Yaxud sadəcə İranı blokadada saxlayacağıq, çünki blokada yəqin ki, bu ölkəyə edilən hər hansı hücumdan daha güclü olub”, – Tramp izah edib.

Bu arada ABŞ prezidenti İsrail və İran arasında eskalasiyanın hazırkı mərhələsinin ABŞ-İran danışıqları prosesinə təsir edəcəyini gözləmir.

Share: