Hücumlar davam edərsə, İran ABŞ, İsrailin bu obyektlərini vuracaq — agentlik

Hücumlar davam edərsə, İran ABŞ, İsrailin bu obyektlərini vuracaq — agentlik

İranın enerji infrastrukturuna yenidən hücum ediləcəyi təqdirdə bölgədəki ABŞ və İsrailin bütün neft və qaz obyektlərinə zərbələr endirəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

KİV-in məlumatına görə, potensial hədəflər siyahısında xüsusilə Yaxın Şərqdə ABŞ-ın neft və qaz şirkətlərinə məxsus obyektlər yer alacaq.

Bundan əvvəl İranın Əl Aləm telekanalı İsrailin zərbələri nəticəsində Xuzistan əyalətindəki neft-kimya kompleksinin bəzi obyektlərinin zədələndiyini bildirib. Həmçinin, İsrail hərbçiləri İranın Bəndər-e-Məhşəhr şəhərində neft-kimya müəssisəsinə hücum barədə məlumat vermişdilər.

Share: