Finlandiyadan Ukraynaya yeni hərbi yardım 

Finlandiya Ukraynaya yeni hərbi yardım paketini elan edib.

Mİllətin Səsi.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen məlumat verib.

Nazir bildirib ki, yeni hərbi yardım paketi indiyə qədər verilən ən böyük yardımdır.

Finlandiya mətbuatı yeni yardım paketinin 55,6 milyon avro dəyərində olduğunu bildirib.

Finlandiya müharibə başlayandan indiyədək Ukraynaya müdafiə üçün təxminən 160,4 milyon avro yardım edib.

Mənbə

Share: