“Gənc rəssamların Azərbaycanda gördüyü işlər xoşuma gəldi”

“Gənc rəssamları Azərbaycanda görməkdən böyük məmnunluq duyuruq”.

Bu fikirləri UNESCO-nun Mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimində çıxışı zamanı deyib.

O, bildirib ki, Şuşanın müharibədən əvvəlki və sonrakı vəziyyətini şəkillərdə görərkən çox təsirlənib:

“Rəssamların gördüyü işlər çox xoşuma gəldi. 2012-ci ildən başlanan layihə incəsənət nümayəndələrini təkcə bir araya gətirmək üçün deyil, eyni zamanda dünya xalqları arasında mədəni körpünün qurulmasına xidmət edir”.

Mənbə

Share: