Niderland Qran Prisinin qalibi məlum oldu

Niderland Qran Prisində avtomobil yarışları üzrə dünya çempionatının 15-ci mərhələsinin qalibi “Red Bull” komandasının pilotu, niderlandlı Maks Ferstappen olub.

Milletinsesi.az xəbər verir ki, yarışlar Zandvoortdakı dövrədə baş tutub.

Maks Ferstappen üçün bu qələbə ardıcıl dördüncü və mövsümün 10-cu qələbəsi olub.

“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel finişdə ikinci olub. Üçüncü yeri Monako Knyazlığının vətəndaşı, “Ferrari” komandasından Çarlz Lekler tutub.

Akif İsmayılov 

Mənbə

Share: