İranda hicab taxmayan qadınlarla bağlı qəribə TƏKLİF

İranda yanlış formada hicab taxan və ya ümumiyyətlə hicab taxmayan qadınların bank hesablarının dondurulması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın “Donya-e-Eqtesad” qəzeti parlamentin deputatı, İran İslam Şurasının Mədəniyyət Məsələləri Komitəsinin üzvü Hüseyn Cəlaliyə istinadən məlumat yayıb.

 

Parlamentari qeyd edib ki, belə bir tədbir ölkədə etirazların dayandırılmasına kömək edəcək və iranlı qadınlar düzgün hicab taxmağa başlayacaqlar.

 

Cəlali hesab edir ki, hicab qaydaları pozulduğu halda həbslərə əl atmağa ehtiyac yoxdur. Deputat qanun pozucularına yazılı xəbərdarlıq edilməsini, təkrar qayda pozuntusuna yol verdikdə isə onların bank hesablarının bloklanmasını təklif edib.

 

Akif İsmayılov 

Mənbə

Share: