“Traktor” klubunun yeni baş məşqçisi bəlli olub

Təbrizin “Traktor” komandasının yeni baş məşqçisi bəlli olub.

 

Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Pako Xemes gətirilib.

 

İspaniyalı mütəxəssis həftə sonu Təbrizə gələrək müqaviləyə imza atacaq. Sözləşmənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, 52 yaşlı baş məşqçi “Traktor”un sükanı arxasında ötən ay istefa verən Kurban Berdıyevi əvəzləyəcək.

Mənbə

Share: