“Ispaniyada qələbə qazanmaq heyrətamizdir”- Ronaldo

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az xəbərinə görə, o, “İnstaqram” hesabında yazıb: “İspaniyada oynamaq həmişə əladır, İspaniyada qələbə qazanmaq heyrətamizdir. Özümü həmişə xüsusi hiss etdiyim ölkədə qol vurmaq gözəldir… Komanda yoldaşlarımı bizi olduğumuz yerə qaytaran möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Biz “Mançester Yunayted”ik və bu klub üçün mübarizəmizi heç vaxt dayandırmayacağıq! İrəli, “şeytanlar!”

 

Qeyd edək ki, Ronaldo sözügedən görüşdə komandasının ilk qolunun müəllifi olub. Bu qələbə ilə klub pley-offa vəsiqəni təmin edib
Share: