Vaksinlər təzyiqi qaldırır? – Açıqlama

Bəzi vətəndaşlar koronavirus əleyhinə vaksinasiyadan sonra onlarda tez-tez təzyiqin qalxması hallarının baş verdiyini iddia edirlər.

Millətin Səsi.az  xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyini mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bunun vaksinasiya ilə heç bir əlaqəsinin olmadığının deyib.

“Təzyiq xəstəliyi vaxtaşırı kimdəsə yaranır. Əksər insanlar vaksin olunur. Lakin təzyiqin qalxmasını bununla əlaqələndirmək düzgün deyil”, – deyə o əlavə edib.

Share: