Kim Çen ilk dəfə qızı ilə görüntüləndi

Şimali Koreya lideri ilk dəfə qitələrarası raket sınağı zamanı qızı ilə görüntülənib.

Millətin Səsi.az Teleqraf.com-a istinadla xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In dünən qitələrarası idarə olunan raket sınağını izləyərkən qızı ilə ilk dəfə kameralar qarşısına keçib.

Şimali Koreyanın KCNA xəbər agentliyi sınaqla bağlı yaydığı xəbərlərdə paytaxt Pxenyan hava limanında qurulan raket platformasının ətrafında Kim və adı açıqlanmayan qızın fotoşəkillərini yerləşdirib.

“Hwasong-17” raketinin buraxılışını əks etdirən fotolarda Kim ağ gödəkçədə olan 12-13 yaşlı qızla təkərli raket platformasının qarşısında görünür.

Kimin gözətçi qülləsindən buraxılışı seyr etdiyini göstərən başqa bir fotoşəkildə qız Kimin yanında dayanır.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri dünən Şimali Koreyanın yerli vaxtla saat 10:18-də şərqə qitələrarası ballistik raket atdığını elan edib.

Mənbə

Share: