Metroda oğurluq edən şəxs saxlanıldı


Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda metro stansiyalarında 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Zaur Qocayev müəyyən olunaraq saxlanılıb.

 

Millətin Səsi.xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Share: