“Leopard”lar Ukraynaya göndəriləcək – Almaniya daşı ətəyindən tökdü

 

Almaniyanın Nazirlər Kabineti Ukraynaya “Leopard 2” tanklarının tədarükü ilə bağlı yekun qərar verib.

Milletinsesi.az TASS-a istinadən xəbər verir ki, qərara əsasən, Almaniya Ukraynaya tankları göndərəcək.

Bildirilib ki, 14 ədəd “Leopard 2” tankı rəsmi Kiyevə təhvil veriləcək.

Qeyd edək ki, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun son görüşündə Berlinin buna qarşı çıxması böyük tənqidlərə səbəb olmuşdu.

Mənbə

Share: