Zelenskinin Ofisi Moskva və Sankt-Peterburqa zərbələr barədə xəbərdarlıq etdi…

“Ukrayna Rusiyaya zərbələr endirmir, amma…”

“Rusiya Federasiyasında müharibənin daxili eskalasıyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək…”

“Rəsmən təsdiq edirəm: incə, tənbəl, başqa gerçəklikdə yaşayan Moskva, Sankt-Peterburq, Yekaterinburq şəhərləri zərbələrə məruz qalacaq…”

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak müsahibələrinin birində bəyan edib ki, Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərinə zərbələr endiriləcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin saytı məlumat yayıb.

“Rəsmən təsdiq edirəm ki, Rusiya Federasiyasında müharibənin daxili eskalasiyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək”, – o, deyib.

“Bunun niyə, kim tərəfindən və nəyə görə ediləcəyini biz müzakirə edə bilmərik, bizim açıq informasiya qıtlığımız var”, – Podolyak əlavə edib və vurğulayıb ki, Ukrayna Rusiyaya zərbələr endirmir.

“Bununla yanaşı, Rusiyanın daxili bazarında müharibənin eskalasiyası qaçılmaz olacaq və incə, tənbəl, başqa gerçəklikdə yaşayan Moskva, Sankt-Peterburq, Yekaterinburq şəhərləri zərbələrə məruz qalacaq”, – müşavir davam edib.

Onun sözlərinə görə, eskalasiya Rusiya Federasiyasının daxili problemidir.

Mənbə

Share: