Mərakeş pley-off mərhələsinə keçdi  – YENİLƏNİB

Mərakeş milli komandası dünya çempionatında 1/8 finala yüksəlib.

 

Modern.az xəbər verir ki, F qrupunun sonuncu – 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.

 

Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.

 

***

19:29

Dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 2-ci qol vurulub.

 

Modern.az xəbər verir ki, 23-cü dəqiqədə Yussuf En-Nesiri Afrika təmsilçisinin üstünlüyünü artırıb.

 

***

19:06

Dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda ilk qol vurulub.

 

Modern.az xəbər verir ki, 4-cü dəqiqədə Hakim Ziyeş Afrika təmsilçisini hesabda önə keçirib.

 

***

19:02

 

Dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

 

***

18:14

 

Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar matça aşağıdakı heyətlərlə başlayacaqlar:

 

Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin

 

Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mənbə

Share: