Ukrayna və Rusiya 50 hərbçini dəyişdilər

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, danışıqlar nəticəsində 50 rus əsgər azad edilib.

 

Əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi və onların Moskvaya aparılacağı bildirilib.

 

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabından verdiyi açıqlamada Rusiya ilə əsir mübadiləsi nəticəsində 50 ukraynalı əsgərin azad edildiyini bildirib.

Mənbə

Share: