Moderator.az Kəlbəcəri “Dəmir yumruq”suz qoymaq istəyən şirkətin adını öyrəndi…

Bu gün Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarovun tikinti işləri aparan şirkətin rayonun simvollarından hesab olunan “Xöləzək qalası”nı partlatmasından narahatçılığı medianın gündəmini zəbt edən mövzulardan oldu. 

Xatırladaq ki, Moderator.az bir neçə gün öncə rayonda tikinti işləri aparan bir neçə şirkətin xoşagəlməz hərəkətləri barədə həyəcan təbili çalmışdı, məsələni parlament tribunası səviyyəsinə qaldırmışdıq. Müvafiq qurumlar dərhal məlumatlandırılmışdı. Söhbət ondan gedirdi ki, həmin şirkətlər rayonda o cür ağır şərtlər altında çalışan yüzlərlə işçinin 4 aydır əmək haqqlarını gecikdirir, bundan başqa öz texnikalarını icarə əsasında həmin şirkətlərə verən onlarla kiçi sahibkar da 4 aydır pullarını ala bilmədiklərindən fəryad edirdilər.

Həmin yazını bu linkə daxil olub oxumaq oalr: //moderator.az/az/ekskluziv/574573/kelbecerden-yene-heyecanli-xeberler-gelir-amma-bu-defe-sebebkarlar-ermeni-deyil/

İndi isə Moderator.az barəsində söz açılan “Xöləzək qalası”nın necə partladıldığını əks etdirən videonu Kəlbəcərdəki mənbələrimizdən əldə edərək oxuculara təqdim edir. Həmin ərazidə mineral su doldurma zavodunun tikintisini aparacaq həmin şirkət “FAN CONSTRUCTİON MMC” -dir.

Kəlbəcərliləri ən çox narahat edən odur ki, əhalinin rayona ilkin köçürülməsi zamanı həmin nəhəng qaya parçasının üzərində müzəffər Ali Baş Komandanın şərəfinə “Dəmir Yumruq” abidəsi qoyulması nəzərdə tutulmuşdu. İndi belə görünür ki, tikinti şirkətinin səriştəsizliyi üzündən Kəlbəcər “Dəmir Yumruq”suz qala bilər…

 

Mənbə

Share: