Paşimyan Aİ rəsmisi ilə normallaşmanı müzakirə etdi 

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

 

Modern.az xəbər verir ki, İrəvanda baş tutan görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağdakı ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub.

 

Görüş zamanı regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və yolların açılmasına da toxunulub.

Mənbə

Share: