Nabrana gedərkən qəzada ölənlər “Legion” klubunun üzvləri imiş

 

Bu gün Bakı-Quba yolunda 3 nəfərin öldümü ilə nəticələnən qəza barədə bəzi faktlar üzə çıxıb.

Qəzaya uğrayan “Mercedes Vito” markalı avtomobildə olan şəxslər keçmiş hərbçilər olub və “Legion” Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş.

Onlar Bakıdan Nabrana istirahətə gedərkən Kamil Talışınskinin idarə etdiyi avtomobil aşıb.

Ətraflı

Qəzada ağır yaralanan sürücünün və vəfat etmiş Məhərrəm Həsənovla İlham Əliyevin fotolarını təqdim edirik.

Qeyd edək ki, dünyasını dəyişən keçmiş hərbçilərdən İham Əliyev Birinci Qarabağ müharibəsində də iştirak edibmiş. Onlar həm də Vətən müharibəsi içtirakçısı olub.

Xatırladaq ki, qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəyi oğlu və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov isə vəfat edib.

Mənbə

Share: