“Putinin qələbəsi vitrin “demokratların” xoşuna gəlməyib”

“Qərb üçün Putin “diktator”, Netanyahu isə əsl “demokrat”dır…Siz dediniz, biz də inandıq…”

 

Qərb “demokratiya” və “plüralizm” anlayışlarını təhrif edib

 

Avropa siysətçiləri Rusiyada seçkiləri pisləyib və Putinin qələbəsini şübhə altına alıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.

 

Məqalə müəllifi belə mövqeyin səbəbini uzah edib. Onun sözlərinə görə,  Qərbdə “guya ölkəni idarə edən insanları vitrinə qoymağa” vərdiş ediblər, bu zaman özlərindən xəbəri yoxdur. Vladimir Putin bu rola heç uyğun gəlmir.

 

Bu gün dünya iki bərabər yerə bölünmüş qarpızı xatırladır. Bir tərəfdən Qərb, digər tərəfdən Rusiya və müttəfiqləri dayanıb.

 

Bu, yeni “soyuq müharibə”nin balansıdırmı? Yoxsa “soyuq müharibə” gərginliyidir? Və ya əsl qaynar müharibəsi ərəfəsində alyansın formalaşmasıdır? 

 

O zaman neytral mövqedə dayanmağa cəhd edənləri nə gözləyəcək?

 

Yaşayarıq-görərik, lakin bir şey aydındır: 2020-ci ildən sonra hər şey dəyişib və dünya daha əvvəlki kimi olmayacaq.

 

Aydındır ki, Rusiyada Putinin inamlı qələbəsi bir müddət Qərbin həyatını korlayacaq. Budur, dərhal narazı səslər eşidilməyə başlayıb.

 

Belə ki, Böyük Britaniya və Fransa bəyan edib ki,

seçkilər, guya, “azad” və “plüralistik” olmayıb, onların nəticələri isə mübahisəlidir.

 

Baş nazir Sunakı heç kim ciddiliyə almır, Makronu isə hər sammitdə bir çox liderlər, ilk növbədə Ərdoğan ələ salır.

 

“Plüralizm” adı altında nədənsə, guya ölkəni idarə edən adamların vitrinə qoyulması anlaşılır. Bu zaman onların özlərinin-özlərinə nəzarət edə biləcəyini siz şübhə altına alırsınız.

 

Qərbdə demokratiya konsepsiyası artıq çoxdandır ki, bu paradiqma çərçivəsindədir. Bəlkə də Makronun idman zalında öz əzələlərini nümayiş etdirdiyini müşahidə etmisiniz. 

 

Almaniya XİN rəhbəri Annalena Berbok Rusiyada seçkiləri “seçkisiz seçki” adlandırıb. 

 

Bir neçə ay bundan öncə yerlə sürünməyə başlayan Almaniya kansleri Olaf Şolts Təl-Əviv hava limanında həyəcan siqnalını eşidəndə yəqin yenə öz fikrini söyləyəcək.

 

Bu siyasətçilərin fikrincə, Putin “diktator”, bu zaman Netanyahu əsl “demokrat”dır.

 

Siz dediniz, biz də inandıq…

 

Amma, heyhat, bu gün dünyanın gerçəkliyi budur. 

 

Ehtiyatlı olun!..

 

Müəllif: Haşmet Babaoğlu

Mənbə

Share: