Qara dənizdəki rus donanmasını qara günlər gözləyir

Ukrayna Rusiyanın Qara dənizdəki donanmasını məhv etmək üçün “ölümcül dəniz dronları” hazırlayıb.

 

Moderator.az ABŞ hərbi mənbələrinə istinadən xəbər verir ki, bu dronlar gəmilərin və digər üzən qurğuların məhvi üçün xüsusi olaraq istehsal edilib. Məlum dronların özəlliyi onların daha uzaq məsafələr qət etməsi, hədəflərə daha səssiz yaxınlaşması, eləcə də dağıdıcılıq gücünün daha yüksək olması ilə bağlıdır.

 

Mütəxəssislər hesab edir ki, Ukraynanın hazırladığı dəniz dronları Rusiyanın Qara dənzidəki donanmasının onsuz da çətin olan vəziyyətini daha da mürəkkəbləşdirə bilər. Ukraynanın bugünə kimi Qara dənizdəki rus donanmasının bir neçə gəmisini uğurla sıradan çıxardığını xatırladan mütəxəssislərin fikrincə, yeni dəniz dronları Kiyevin bu üstünlüyünü daha da möhkəmləndirəcək.

 

Seymur ƏLİYEV

Mənbə

Share: