Robert Köçəryanın iki aydan çoxdur ki, Avropada olduğu bilindi…-  Nə ilə məşğuldur?.

“İkinci prezident Robert Köçəryanın tərəfdarları və komanda yoldaşları liderlərinin aktiv siyasətdən getmədiyini, onun komandadaxili prosesləri idarə etmədiyini inkar etməyə çalışırlar, amma reallıq budur ki, Köçəryanın aktiv siyasətdən uzaqlaşın, yumşaqlığa üstünlük verib. O, Ermənistanı məşğul edən  gündəlik həyatdan uzaq düşüb. Və onun “Hayastan” blokunun üzvləri həftələrlə, hətta aylarla bir-birlərini görmürlər”.

 

Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazır. 

 

Qəzetin əldə etdiyi məlumata görə, Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Robert Köçəryan uzun müddətdir ki, Avropadadır. Yəqin ki, Almaniyadadır, oradan martın 8-də qadınlara və seçilməsi münasibətilə Vladimir Putinə təbrik məktubu göndərib. Bəzi məlumatlara görə, o, yanvarın sonundan xaricə gedib.

 

“ “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyandan soruşduq ki, liderləri ilə sonuncu dəfə nə vaxt görüşüblər və nəyi müzakirə ediblər? “Sonuncu dəfə fraksiyanın  iclası olub, bu barədə ictimaiyyətə məlumat var.   Sual etdik ki,  həmin görüş nə vaxt baş tutub? Cavab verdi ki, keçən ilin dekabrında. Lakin araşdırmamız nəticəsində müvafiq mənbələrdə bu haqda heç bir məlumat tapmadıq. Xamoyandan onu da soruşduq ki, cənab Köçəryanın xaricdə olması doğrudurmu? “Prezidentin hüquqlarını müdafiə qrupunun məhkəmədəki sonuncu vəsatəti ölkədən çıxış qadağasının ləğvi ilə nəticələnib. Başqa şərh verə bilmərəm”, – erməni nəşri belə yazır.

 

Xatırladaq ki, Köçəryan özü aktiv siyasətdə görünməsə də, oğlu Levon Köçəryan artıq xeyli müddətdir ki, həm də deputat kimi fəal siyasətə başlayıb.

 

 

Mənbə

Share: