Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar… 

Qarabağdan  köçkün düşmüş 11 minə yaxın erməni Ermənistandan mühacirət edib. Həmçinin belələrinin sayının 15 minə çatdığı barədə başqa məlumatlar da yayılır. 

 

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu haqda Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma “ombudsman”ı Geqam Stepanyan bu gün erməni mediasına açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, köçkün ermənilərin getməsinə əsas səbəb Ermənistanda insanların normal həyatını pozan sosial-məişət şəraitidir, bu səbəbdən onlar Rusiyanın cənub bölgələrinə köçməyə üstünlük verirlər.

 

 Qarabağdan köçkün düşmüş 10 min 800 nəfərə Ermənistanda iş verilib. 

 

“Bunlar rəsmi rəqəmlərdir, ən acınacaqlısı odur ki, təhsil sahəsinin nümayəndələri bu rəqəmlərin çox cüzi faizini təşkil edir, bu gün Ermənistanın təhsil müəssisələrində cəmi 220 müəllim çalışır, Qarabağda isə bizim 4 min müəllimimiz var idi”- qondarma “ombudsman” belə deyib.

 

S.Laçın

 

 

Mənbə

Share: