Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir

Rusiyada yaşayan zəngin ermənilər rəsmi Moskva üçün təsir və təzyiq vasitəsi, mexanizmidir.

 

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

 

Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda rəsmi Moskvanın atacağı addımlardan söz açan siyasi şərhçi bildirib ki, Kreml İrəvana qarşı ərazisində yaşayan erməni milyarderlərdən gələcəkdə istifadə edə bilər:

 

“Bu mexanizmdən bütün hallarda istifadə olunacaq. Çünki Rusiya erməni diasporundan öz məqsədlərinə uyğun istifadə edir. Sadəcə olaraq Moskva bu aktivi gələcək üçün saxlayır. Ancaq tərəflər arasında son vaxtlar yaranmış maraq münaqişəsi hələ ki bu kartdan istifadəyə əsas vermir. Çünki hazırda siyasi baxımdan əlverişsiz şərait yaranıb”.

 

Politoloqun sözlərinə görə, Rusiya tərəfi düşünür ki, gec-tez Ermənistanda hakimiyyət dəyişikliyi üçün əsas yaranacaq və bundan sonra Moskva oradakı ermənilərdən istifadə etmək niyyətinə düşəcək.

Mənbə

Share: