Şəmkirdə 2 avtomobil toqquşub, 1 nəfər ölüb

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

“Report”un Qərb bürosunun məlumatına görə, 2 minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

 

Onun şəxsiyyəti dəqiqləşdirilir.

 

Xəsarət alan digər şəxs isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: