Van Qoqun rəsm əsərinə şorba tökənlərə cinayət işi açıldı 

İtaliyanın paytaxtı Romadakı Bonapart Sarayında keçirilən sərgidə Vinsent van Qoqun “Əkinçi” əsərinə şorba tökən aktivistlərə qarşı cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Askanews” agentliyi məlumat yayıb.

 

Roma prokurorluğu ətraf mühit fəallarına qarşı İtaliya Cinayət Məcəlləsinin 518-ci maddəsi ilə cinayət işi açıb. Bu cinayət iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Nəşr qeyd edir ki, Van Qoqun şüşə ilə qorunan tablosu noyabrın 6-da sərgiyə qaytarılıb. 

 

Akif İsmayılov 

Mənbə

Share: