“Tavan qiymət” siyasətinə cavabımız yoxdur

 

“Rəsmi Moskva hələlik “tavan qiymət” qərarını analiz edir”.

Millətin Səsi.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Hələ ki Rusiya neftinə “tavan qiymət” qoyulması siyasətinə cavab formalaşdırılmayıb. Hazırda qərar analiz edilir. Cavab tədbirləri ilə bağlı yekun qərar bundan sonra qəbul ediləcək”, – deyə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, Qərb ölkələri Ukraynadakı müharibə səbəbi ilə Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırmaq üçün bu ölkədən neft idxal edərkən maksimum qiymətin müəyyənləşdirilməsi ilə bağlı “tavan qiymət” barədə razılığa gəliblər.

Mənbə

Share: