“Trading Economics” bu il üçün Azərbaycanda uçot dərəcəsinin azalacağını proqnozlaşdırır

Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Ecomonics” 2024-cü ilin sonunadək Azərbaycanda uçot dərəcəsinin 6,5 %-ə enəcəyini proqnozlaşdırır.

 

Bildirilib ki, birinci rübdə uçot dərəcəsi 7,25 % səviyyəsində saxlanılacaq, ikinci və üçüncü rübdə 7 %, dördüncü rübündə isə 6,5 % səviyyəsinə düşəcək.

 

Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.

 

Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib.

 

Faiz dəhlizinin parametrləri haqda növbəti qərar sabah, martın 28-də açıqlanacaq. /Report/

 

Mənbə

Share: