“Yuventus”un iki futbolçusu “Mançester Yunayted”ə keçir

“Yuventus”un futbolçusu Emre Can “Mançester Yunayted”ə keçə bilər.

Qol.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, əvvəlki açıqlamasında “ağ-qaralar”da xoşbəxt olmadığını deyən yarımmüdafiəçinin Mario Mandzukiçlə birgə “qırmızı şeytanlar”a keçəcəyi bildirilib.

25 yaşlı oyunçu Turin klubunun Çempionlar Liqası üçün heyətinə daxil edilməyib. Futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində cəmi 78 dəqiqə meydanda olub.

Qeyd edək ki, Emre Can 2018-ci ildə “Liverpul”dan “Yuventus”a keçib.

Share: