Siyəzəndə zəlzələ olub.
Bu barədə Milletinsesi.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.
***
Azərbaycanın daha bir rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində zəlzələ qeydə alınıb.
Dərinliyi 24 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.